Son 50 ildə insanlıq planeti belə dəyişib

Biofərqlilik və ekosistem xidmətləri üzrə hökumətlərarası qrup (IPBES) insan fəaliyyətlərinin planeti son 50 ildə necə dəyişdiyi barədə geniş miqyaslı araşdırma aparıb.

Araşdırmada 400-dən artıq alim və ekspert iştirak edib. Onlar üç il ərzində 15 mindən artıqelmi və dövlət mənbəli informasiyaları toplayaraq, analiz ediblər.

Nəticədə alimlər müəyyən ediblər ki, hazırda milyona yaxın canlı növü yox olma təhlükəsi ilə üzləşib, quruda lokal növlərin 20 faizini, 40 faiz amfibiyaları, 33 faiz koralları və1/3 hissə məməliləri tam yox olma gözləyir.

Bundan başqa quruda 1/3 hissəsi və 75 faiz şirin su ehtiyatı kənd təsərrüfatına və heyvandarlığa sərf olunur. Hər il planetdə 60 milyard ton bərpa olunan bərpa olunmayan resurslar çıxarılır. 1970-ci ildən kənd təsərrüfatı məhsullarının istehsalı üç dəfə artıb, xam oduncaq tədarük həcmi 45 faiz artıb. Bunun yanında Yer səthinin ümumi məhsuldarlığı 50 il ərzində 23 faiz azalıb.

Tədqiqatçılar həmçinin hesablayıblar ki, hər il okean sularına 300-400 ton ağır metal və zəhərli sənaye tullantıları atılır ki, bu da Dünya okeanında ümumi sahəsi təxminən 245 min kvadrat kilometr olan ( Böyük Britaniyanın sahəsindən çox) 400-ə yaxın “ölü zonaların” yaranmasına gətirib. Bundan başqa, 1992-ci ildən şəhər sahəsi iki dəfə artıb.

Alimlər bildirirlər ki, bütün bunlar təxminən 300 milyon nəfər insanı daşqın və qasırğa təhlükəsi ilə qalmaq riskinə məruz qoyur və 2050-ci ilədək dünya üçün bu mənfi prosesin dayanması gözlənmir.

Tədqiqat müəllifləri bildirirlər ki, bu proses, paradiqmalar, məqsədlər və dəyərlər daxil olmaqla, texnoloji, iqtisadi və sosial amillər ilə bağlı fundamental sosial yenidənqurma həyata keçirildikdə dayandırıla bilər./faktxəbər

Share: