F14 qəzaya uğradı

F14 qəzaya uğradı

 

İranın İsfahan vilayətində Şəhid Babayi aeroportunda F14 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Milletinsesi.az-ın məlumatına görə, İran Hərbi Hava Qüvvələrinin F14 qırıcı təyyarəsinin təkərləri nasazlıq nəticəsində açılmayıb.

Hər iki pilot katapult edərək təyyarədən çıxıblar.

Hələlik hadisəyə rəsmi münasibət bildirilməyib.

Share: