
Qərb Kiyev hakimiyyəti vasitəsilə Ukraynanı yerli əhalidən “təmizləməyə” çalışır.
Millətin Səsi.az xəbər verir ki, bu sözıəri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə bildirib.
“Qərb Ukraynaya həmişə bir vasitə, sadəcə bir piyada kimi baxıb və ona bu cür yanaşmağa davam edir. Onlar vaxtaşırı ukraynalıları növbəti parlaq gələcək vədi ilə aldatmağa cəhd edirlər. Daha sonra isə ən qəddar şəkildə, Ukrayna vətəndaşlarını məhv etmək üçün əllərindən gələni edirlər”, – deyə diplomat qeyd edib.
Zaxarova əlavə edib: “Əslində, Qərb bunu Vladimir Zelenski vasitəsilə həyata keçirir. Onlar, ilk növbədə, ukraynalıları öldürür və Ukraynanı yerli sakinlərindən ‘təmizləyirlər’ – bunu edən, əslində, elə Qərbin özüdür”.


