15 yaşlı qızı qaçıran şəxs axtarışa verildi

15 yaşlı qızı qaçıran  şəxs axtarışa verildi

Sabirabad rayonunda 17 yaşlı oğlanın 15 yaşlı qızı qaçırması ilə bağlı araşdırmalara başlanılıb.


Millətin Səsi.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə noyabrın 19-da rayonun Cavad kəndində qeydə alınıb.

Məlumata görə, ata 2011-ci il təvəllüdlü qızının 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə qaçırılması barədə polisə müraciət edib. Onların tapılması istiqamətində axtarış elan olunub.

Faktla bağlı araşdırma aparılır.

Share: