
Ukrayna ərazisində ABŞ bazalarının olmasını və NATO üzvü olan ölkələrin Kiyevlə birlikdə döyüşmək öhdəliyini yeganə təhlükəsizlik zəmanəti hesab edirəm.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Ukraynanın Prezidenti Volodimir Zelenski deyib.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner daha əvvəl qeyd etmişdi ki, “Amerika baxımından, 5-ci maddəyə bənzər təhlükəsizlik zəmanəti vermək çox, həqiqətən çox ciddi məsələdir”.
O, həmçinin əlavə edib ki, onun fikrincə, ABŞ Prezidenti Donald Tramp buna müsbət yanaşır. Bununla belə, nümayəndə vurğulayıb ki, veriləcək istənilən zəmanət Vaşinqtonun maraqlarına uyğun olmalıdır.
“Amerikalı tərəfdaşlarımızın, eynilə Yaxın Şərqdə olduğu kimi, Ukraynada da bazalarının olmasından məmnun olardıq. Orada NATO yoxdur, amma bazalar mövcuddur. Bu, maraqlıdır. Mən soruşdum: ‘Bu suala cavabınız varmı? “Mənim yoxdur. Fikrimcə, bu, NATO Nizamnaməsinin -5-ci maddəsinin bir hissəsidir; yəni ABŞ və Avropa tərəfdaşlarının qüvvələri və bazaları nəzərdə tutulur. Bunlar olmadan nə 5-ci maddə, nə də başqa bir maddə mövcuddur”, – deyə Zelenski “Novosti.Live” telekanalına müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna və ABŞ-ın NATO Nizamnaməsinin 5-ci maddəsi əsasında formalaşdırılan zəmanətlərin mahiyyəti ilə bağlı fərqli yanaşmaları ola bilər.
Qeyd edək ki, gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Şençjendə keçirilən mətbuat konfransında vurğulayıb ki, Rusiya Ukrayna ərazisində hər hansı xarici hərbi kontingentin yerləşdirilməsini qəbuledilməz hesab edir. Eyni zamanda, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya Ukraynanın NATO-da “kvazi-üzvlüyü” (yarı-üzvlüyü) ideyasını qəbuledilməz sayır.


