Samir Adgözəlli səfirlə görüşdü

Samir Adgözəlov

Bu gün İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) rəhbərliyi Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Milletinsesi.az xəbər verir ki, Türkiyə səfirliyində keçirilən səmimi görüşdə İSBAM sədri Samir Adigözəlli ilk növbədə mərkəzin fəaliyyət istiqamətləri barədə səfirə məlumat verib. Daha sonra Azərbaycan Türkiyə yüksək tərafdaşlıq və  iki qardaş ölkə arasında yaxın münasibətləri əhatə edən mövzular ətrafında söhbət aparan səfir Erkan Özoral görüşdə Türkiyə Azərbaycan əlaqələrinin qardaşlıq əlaqələri olduğunu və bu münasibətlərin daha da möhkəmlənməsində Azərbaycandaki ictimai təşkilatlarinda əməyi olduğunu qeyd etdi.

Səmimi qəbula görə, İSBAM sədri Samir Adigözəlli səfirə təşəkkürünü bildirib. Görüşdə İSBAM sədrinin müavini Səbuhi Əliyev, sədrin müşavirləri Yasəmən Möhübbətqızı Samir Şahverdiyev iştirak ediblər.

Share: