Bu gün Bakıda Gürcüstanla Azərbaycan arasında delimitasiya və demarkasiya komissiyasının iclası keçirilir.
ONA-nın məlumatına görə, bu sözləri Brüsseldə jurnalistlərə açıqlamasında Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
O bildirib ki, iclasa Azərbaycan tərəfdən Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Gürcüstan tərəfdən xarici işlər nazirinin müavini Laşa Darsalia sərdlik edir. İclas iki gün davam edəcək.