BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Avqust 20 2019

Təbrizdə ağıllı yük maşını istehsal olunacaq


Təbrizdə elektrik mühərrikli və ağıllı yük maşını istehsal olunacaq. ONA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Şərqi Azərbaycan əyalətinin ticarət və sənaye təşkilatının sədri Hüseyn Nicati məlumat verib.

Onun sözlərinə görə, istehsal olunacaq 14 tonluq yük maşını Avropa standartlarına uyğundur: “Yaxın bir ildə yük maşınının istehsalına başlanacaq. Avtomobil hər dəfə enerji yığdıqda 300 kilometr yol qət edə bilir. Yük maşınının elektrik motoru 380 at gücündədir. Batareyaları 2-9 saat arası enerji yığır”.