DƏHŞƏT! Zəlzələdən sonra zəhərli su axmağa BAŞLADI

Türkiyənin Dənizli bölgəsində zəlzələdən sonra yaranan yarıqlardan axan zəhərli su insanları təşvişə salıb.

Zəhərli su Pamukkale rayonunun Pinarkənd məhəlləsində yerləşən fabriklərin olduğu beş ayrı bölgədən axmağa başlayıb.

İddiaya görə, tekstil fabrikinin bağçasında 5,5 bal gücündəki zəlzədən sonra yarıqlar meydana gəlib və oradan zəhərli su axır.

Tünd rəngli suyun kəskin qoxusu insanları narahat etməyə başlayıb. Əhali suyun haradan gəldiyini bilmir.

Kənd sakinlərindən biri “Su 2 aydır bu formada axır. Bir çox yerə müraciət etmişik. Ancaq kimsə bu vəziyyətlə gəlib maraqlanmır. Çarəsiz qalmışıq, nə edəcəyimizi bilmirik. Suyun axdığı yerin ətrafındakı bağçalar quruyub. Hər kəs qoxudan narahat olur”-deyə kömək istəyib./metbuat.az

Share: