“Futbol və Biznes” sammiti işə başladı

“Futbol və Biznes” sammiti işə başladı

Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə “Futbol və Biznes” sammiti işə başlayıb.

Report xəbr veiri ki, “Fairmont” otelində keçirilən tədbirdə AFFA rəsmiləri, fransalı dünya və Avropa çempionu Rober Pires, Azərbaycan milli komandalarının baş məşqçiləri, klub rəsmiləri və digər şəxslər iştirak edir.

Tədbirdə xarici və yerli mütəxəssislərin iştirakı ilə futbolun makroiqtisadi təsiri, futbol və biznes münasibətləri mövzusunda fikir mübadiləsi aparılacaq. Həmçinin vergi qanunvericiliyindəki müvafiq dəyişiklik müzakirə ediləcək.

Qeyd edək ki, Rober Pires tədbirə “Futbol və Biznes” sammitinin rəsmi ulduz səfiri kimi qatılıb.

Share: