“Çelsi” daha bir futbolçusunu icarəyə verdi

“Çelsi” müdafiəçisi İtan Ampadunu icarəyə verib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Uels millisinin üzvü karyerasını “Şeffild Yunayted”də davam etdirəcək. Premyer Liqa təmsilçisi 19 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ampadu 2017-ci ildə “Ekseter Siti”dən “Çelsi”yə keçib. O, 2019/20 mövsümünü Almaniyanın “Leyptsiq”klubunda keçirib.

Share: