İnternetin aylıq ödəniş vaxtına dəyişiklik edildi

İnternetin aylıq ödəniş vaxtına dəyişiklik edildi

İnternet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edilib.

Bu barədə Milletinsesi.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu ilin mayından etibarən Aztelekom MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq:

“Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq”.

Share: