BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə axşamı , Noyabr 14 2019

Xudatda istifadəyə yararsız 100 kq ət aşkar edilib


Xudatda istifadəyə yararsız ət aşkar edilib.

Daxili İşlər Nazirliyindən Milletnsesi.az-a verilən məlumata görə, mayın 16-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə tədbir həyata keçirib. Şəhərin O.Mirzəyev küçəsində yerləşən Rəvan Bağıyevə məxsus gül satışı mağazasında soyuducudan mənşəyi məlum olmayan 100 kiloqram çəkidə ət aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.