BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə axşamı , Noyabr 14 2019

AFFA-dan Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı açıqlama


İngiltərənin “Arsenal” klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın Avropa Liqasının Bakıda “Çelsi”yə qarşı keçiriləcək final matçında iştirak etməməsi barədə bizə rəsmi məlumat verilməyib.

Bu sözləri Milletnsesi.az-a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib. O bildirib ki, bu məlumat İngiltərə mətbuatının iddiasıdır:

“Bizə təhlükəsizliklə bağlı məsələlər daxil olmuşdu və biz də dəfələrlə vurğulamışıq ki, Bakıya gələn Avropa Liqası finalçılarının təhlükəsizliyinə tam zəmanət veririk. Dövlət orqanları da bunu bildirib. AFFA Avropa Liqasının final matçı barədə üzərinə düşən bütün öhdəlikləri etməyə hazırdır”.

Qeyd edək ki, “Tayms” nəşri İngiltərənin “Arsenal” klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın Avropa Liqasının Bakıda “Çelsi”yə qarşı keçiriləcək final matçında iştirak etməyəcəyi barədə məlumat yayıb.