İzmirdə 4,8 bal gücündə zəlzələ baş verib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar ətraf bölgələrdə də hiss edilib.
Zəlzələnin yerin 12,4 kilometr dərinliyində meydana gəldiyi deyilir.
Qeyd edək ki, dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.