Biləsuvarda avtomobil kanala aşıb, ölən və yaralananlar var

Biləsuvar rayonunun Çaylı kəndi ərazisində Cəlilabad rayon sakini İbrahim Qəfərzadə idarə etdiyi BMW markalı avtomobili kanala aşırıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milletinsesi.az-a verilən xəbərə görə, qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Share: