Rusiya Ermənistandan pomidor idxalını dayandırır

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistanın Armavir vilayətindən pomidor və bibər idxalına müvəqqəti qadağa tətbiq edib.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, qadağa dekabrın 14-dən qüvvəyə minəcək.

Qərara həmin vilayətdə yetişdirilmiş tərəvəzlərdə Pepino mozaik virusunun aşkarlanması olub.

İdxal qadağasının qüvvədə olacağı müddət açıqlanmayıb.

Share: