Rusiyada 7.6 ball gücündə zəlzələ baş verib

Rusiyada Baykal gölündə 5.5 bal gücündə zəlzələ baş verib, yeraltı təkanlar İrkutsk şəhərində hiss olunub.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Bu gecə saat 05:45-də (01:45 GMT+4) İrkutsk vilayətində seysmik hadisə qeydə alınıb. Zəlzələnin episentrində intensivlik 7.6, İrkutskda 5-6 bal olub”, – məıumatda deyilir.

Dağıntı və itkilər barədə məlumat verilməyib.

Share: