Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşir – Yenilənir

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Qol.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

16 komanda 8 cüt təşkil edəcək. Püşkatma zamanı komandalar hərəsində səkkiz iştirakçı olmaqla 2 səbətdə yer alacaq.

Qrup mərhələsinin qalibləri səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlər səbətində olacaq. Qrup qalibləri ilk matçı səfərdə keçirəcək.

Səpələnmişlər

“Bavariya” (Almaniya)
“Mançester Siti” (İngiltərə)
“Liverpul” (İngiltərə)
“Çelsi” (İngiltərə)
“Borussiya” (Dortmund, Almaniya)
“Yuventus” (İtaliya)
PSJ (Fransa)
“Real” (İspaniya)

Səpələnməmişlər

Porto” (Portuqaliya)
“Atalanta” (İtaliya)
“Sevilya” (İspaniya)
“Latsio” (İtaliya)
“Barselona” (İspaniya)
“Leypsiq” (Almaniya)
“Atletiko” (İspaniya)
“Borussiya” (Mönhenqladbax, Almaniya)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab görüşləri martın 9-10-da və 16-17-də keçiriləcək.

Share: