İngiltərənin “Arsenal” klubunun uğursuz seriyası davam edir.
Qol.az xəbər verir ki, London təmsilçisi Premyer Liqasının 12-ci turunda doğma meydanda “Bernli”yə 0:1 hesabıyla uduzmaqla son 61 ilin antirekorduna imza atıb.
Bu, “topçular”ın cari mövsümdəki ardıcıl 4-cü ev məğlubiyyətidir. Paytaxt klubu 61 il sonra ilk dəfə ardıcıl 4 ev məğlubiyyəti ilə üzləşib. “Arsenal” sonuncu dəfə belə aqibəti 1959/60 mövsümündə yaşamışdı.
Qeyd edək ki, hazırda 13 xalı olan Mikel Artetanın komandası 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.