Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 981 yoluxma halı qeydə alınıb, 31 nəfər ölüb.
Milletinsesi.az-ın məlumatına görə, bu barədə Gürcüstan hökimətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 201 368, ölənlərin sayı isə 1 953 nəfərə çatıb.
Virusa yoluxanlardan 169 282 nəfərin sağaldığı bildirilir.