İtaliyanın “Cenoa” klubu baş məşqçisi Rolando Maranla yollarını ayırıb.
Qol.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanın uğursuz çıxışına görə Maranın istefaya göndərildiyi bildirilib. 57 yaşlı mütəxəssis avqustdan sözügedən komandaya rəhbərlik edirdi.
Qeyd edək ki, “Cenoa” İtaliya A Seriyasında 13 turdan sonra 7 xalla 19-cu pillədə qərarlaşıb.