Avropada “Instagram” və “Facebook Messenger”i məhdudlaşdırılıb

“Facebook” şirkəti Avropa istifadəçilərini “Instagram” və “Facebook Messenger” proqramlarında bir sıra funksiyaların söndürülməsi barədə xəbərdar etməyə başlayıb. Məsələn, region sakinləri sorğularda iştirak imkanından məhrum edilib, “Instagram”da stikerlər, “Messenger”də isə fərdiləşdirilmiş cavablar gizlədilib.

Milletinsesi.az xarici saytlara istinadla xəbər verir ki, xəbərdarlığa görə, bir sıra funksiyalar Avropada məlumat mübadiləsi xidmətləri üçün yeni qaydalara əməl olunması səbəbindən müvəqqəti dayandırılıb. Söhbət Avropa İttifaqı ölkələri ərazisində messencerlərin fəaliyyəti üçün daha ciddi qaydaları müəyyənləşdirən elektron rabitə vasitələri sektorunda fərdi məlumatların emalı və məxfiliyin qorunması ilə bağlı direktivdən gedir.

Konkret hansı funksiyaların məhdudlaşdırıldığı açıqlanmır. Bundan başqa, Avropa istifadəçiləri “Messenger”də bir sıra fayl tiplərini göndərə və şəxsi “Instagram” məlumatlarında əlavə reallıq effektlərini bölüşə bilmirlər.

Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı barədə məlumat verilmir. Şirkət nümayəndələrinin sözlərinə görə, müvəqqəti söndürülən əksər funksiyaların işi tezliklə bərpa ediləcək.

Share: