Bakı finalı üçün bilet satışının 4-cü mərhələsi başladı

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa bilet satışının 4-cü mərhələsi başlayıb.

Qol.az-ın xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Biletləri Port Baku Mall, 28 May Mall, Gənclik Mall və Heydər Əliyev Sarayının kassalarında əldə etmək mümkündür.

Share: