Günəşin üzərində müəyyən ləkələr müşahidə edilib.
Milletinsesi.az unikal.org-a istinadən bildirir ki, bu ləkələrin ümumi ölçüsü Yer planetindən daha böyükdür. Alimlər hesab edir ki, bu ləkələrin meydana gəldiyi hissələrdə böyük enerji partlayışları baş verə bilər.
Bu partlayışların Günəş ətrafındakı planetlərə, o cümlədən Yer kürəsinə də təsir edəcəyi bildirilir. Həmin ləkələrin Türkiyənin Antalya şəhərindəki rəsədxanadan da görüldüyü deyilir.