“Real”ın futbolçuları maaşların azaldılmasına razı oldu

“Real” maaşların 10 faiz azaldılması ilə bağlı futbolçularla razılığa gəlib.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, bunun səbəbi koronavirus pandemiyasına görə gəlirin azalmasıdır. Bildirilib ki, Madrid təmsilçisi qış transfer pəncərəsində yeni futbolçu almağı düşünmür. Futbolçulardan maaşların azaldılmasını istəyən rəhbərliyin yeni oyunçu transferinin məntiqsiz hesab etdiyi vurğulanıb.

Qeyd edək ki, “Real” La Liqada 16 turdan sonra 33 xalla 2-ci pillədə qərarlaşıb.Komanda lider “Atletiko”dan 2 xal geri qalır.

Share: