Bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günüdür.

Milletinsesi.az Azərbaycan tarixinə adını qızıl hərflərlə yazan şəhid general-mayor Polad Həşimov ilə bağlı faktları təqdim edir:

Polad Həşimov 1975-ci ildə Sumqayıtda dünyaya göz açıb. Əslən Qəbələnin Vəndam kəndindəndir.

O, orta təhsilini Sumqayıtda bitirib. Sonra Heydər Əliyev adına ali məktəbdə təhsil alıb və təhsilini Türkiyədə davam etdirib.

P.Həşimov Murov və Daşkəsən kimi bir neçə döyüş bölgəsində xidmət edib. Hər zaman vətənini sevən Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb.

Aprel döyüşlərində göstərdiyi üstün xidmət və şücaət nəticəsinə vaxtından əvvəl general rütbəsi ilə təltif edilib.

Polad Həşimov 2020-ci ildə Ermənistan Azərbaycan – Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub.

Şəhid Polad Həşimov ailəli idi. Onun iki oğlu, bir qızı var.

 

Share: