Goranboy rayonu İcra Hakimiyyətində daha bir yüksək rütbəli məmur vəzifəsindən kənarlaşdırılıb.
ONA-nın məlumatına görə, Elçin Xanlar oğlu Cahangirov rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, o, bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu. Boş qalmış vakant yerə hələlik təyinat yoxdur.