Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul aparmağa əsas verən beynəlxalq müsabiqələrin və yarışların siyahısı açıqlanıb.
ONA-nın qəbuluna görə, bu, “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nda əksini tapıb.
Siyahıya aşağıdakı beynəlxalq müsabiqələr və yarışlar daxildir:
Beynəlxalq fənn olimpiadalarının siyahısı
– Beynəlxalq riyaziyyat olimpiadası (IMO);
-. Beynəlxalq Balkan riyaziyyat olimpiadası (yuxarı yaş qrupu) (BMO);
– Avropa qızlar riyaziyyat olimpiadası (EGMO);
– Beynəlxalq fizika olimpiadası (IPHO);
– Avropa fizika olimpiadası (EUPHO);
– Asiya fizika olimpiadası (APHO);
– Beynəlxalq kimya olimpiadası (ICHO);
– Beynəlxalq Mendeleyev kimya olimpiadası;
– Beynəlxalq biologiya olimpiadası (IBO);
– Beynəlxalq informatika olimpiadası (IOI).
Respublika fənn olimpiadalarının siyahısı
– Azərbaycan dili və ədəbiyyat;
– tarix;
– coğrafiya;
– riyaziyyat;
– fizika;
– kimya;
– biologiya;
– informatika.
Beynəlxalq müsabiqələrin və yarışların siyahısı
– Olimpiya oyunları;
– Olimpiya idman növləri üzrə Dünya çempionatı və birincilikləri;
– Olimpiya idman növləri üzrə Avropa çempionatı və birincilikləri;
– Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya çempionatı və birincilikləri;
– Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Avropa çempionatı və birincilikləri;
– Yeniyetmələrin yay olimpiya oyunları;
– Avropa oyunları;
– İslam Həmrəyliyi oyunları;
– ”Muğam aləmi” beynəlxalq muğam müsabiqəsi (Bakı, Azərbaycan);
– Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan);
– M.Maqomayev adına vokalçıların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);
– Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi (Bakı, Azərbaycan);
– “Grumiaux” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika);
– Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya);
– Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan);
– Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Xorvatiya);
– Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);
– Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya);
– Caz musiqi festivalı (Montre, İsveçrə) ;
– “Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Nur-Sultan, Qazaxıstan) ;
– Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);
– “Eurovision” estrada mahnı müsabiqəsi;
– Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);
– Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan);
– Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa);
– Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa);
– Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya);
– Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya);
– Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya);
– Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya);
– Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika);
– Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ);
– “Şərq təranələri” beynəlxalq musiqi festivalı (Səmərqənd, Özbəkistan).