Vaksinasiya pasportu olmayanlar restoranlara buraxılmayacaq? – AÇIQLAMA

Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək.

Xatırladaq ki, bəzi ölkələr əcnəbiləri məhz bu pasporta əsasən qəbul edə biləcəyini açıqlayıb. Eyni zamanda təkcə xarici səfərlər üçün deyil, həm də ictimai iaşə obyektlərinə girişin bu pasportla mümkün olacağına dair iddialar var.

Fevralın 1-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektlərinin, kafe və restoranlarım açıldığını nəzərə alsaq bu qayda Azərbaycanda da tətbiq edilə bilərmi?
Meritroyalbet
Mövzu ilə bağlı danışan Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev vaksin pasportunun insanların kütləvi yığışa biləcəyi yerlərdə tətbiq edilməsinin həm də gələcəkdə metronun açılması ilə nəticələnə biləcəyini diqqətə çatdırararaq bu addımın zəruriliyini qeyd edib:

“Nə qədər güclü nəzarət olsa pandemiyaya bir o qədər tez qalib gələ bilərik. Maarifləndirmə aparılmalıdır ki, insanlarımız daha məsuliyyətli olsunlar. Karantin yumşalqdıqdan, kafe-restoranlar və ictimai işarə obyektləri açılqdıqdan sonra bu yerlərə kütləvi axın olacaq. Bu baxımdan həmin məkanlara insanları vaksinasiya pasportunu yoxladıqdan sonra buraxsalar, həqiqətən də xəstəliyə qalib gələ bilərik. Bu üsulun tətbiq edilməsi həm də metronun açılması ilə də nəticələnə bilər. Beləliklə əvvəlki həyatımıza qayıtmaq mümkün olar”./Sfera.az

Share: