![](https://milletinsesi.az/wp-content/uploads/2020/03/5e81c8b8c892a_rusyadan_kritik_koronavirus_raporu_gencler_de_kendine_dikkat_etsin_1585557197_7491.jpg)
Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 240 yoluxma halı qeydə alınıb, 16 nəfər ölüb.
Milletinsesi.az-ın verdiyi məlumata görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 258 351, ölənlərin sayı isə 3 194 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 249 709 nəfərin sağaldığı bildirilir.