Bakıda daha bir yolda nişanlanma işləri aparılıb

Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə Nizami rayonu, Bəkir Çobanzadə və Cəmşid Naxçıvanski küçələrinin kəsişməsində svetofor obyektləri və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.

Bakı Nəqliyyat Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, görülən işlər nəticəsində kəsişmədə kilidlənmiş tıxacların yaranması ehtimalı azaldılıb və növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib

Həmçinin nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib.

Share: