Gürcüstanda 538 yeni yoluxma, 18 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 538 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

Milletinsesi.az xəbər verir  ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 261 018, ölənlərin sayı isə 3 258 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 252 246 nəfərin sağaldığı bildirilir.

Share: