Dünyada ötən sutka koronavirusa 376 mindən çox yoluxma qeydə alınıb

Dünyada ötən sutka koronavirusa 376 mindən çox yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 376 mindən çox artıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 376 569 nəfər yeni koronavirusa yoluxub, 9 664 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 105 805 951, ölənlərin isə 2 312 278 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Share: