Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Güloğlan İmran oğlu Mirzəliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Milletinsesi.az-a Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.