ABŞ-a getmək istəyənlərə ŞAD XƏBƏR

ABŞ yenidən qapılarını əcnəbilərin üzünə açıb.

“RİA Novosti” xəbər verir ki, Co Bayden eks-prezident Donald Trampın miqrantlara tətbiq etdiyi qadağaları dəyişib.

Onun sözlərinə görə əvvəlki qanun ABŞ-ın maraqlarını dəstəkləmir. Əksinə ABŞ-a ziyan vurur, məsələn ABŞ vətəndaşlarının ailə üzvlərinin və qanuni daimi yaşayış statusu sahiblərinin ailələri ilə bir yerdə olmaq imkanının qarşısını alır.

ABŞ prezidentinin yeni fərmanı ilə illik lotereyada ABŞ-da yaşamaq üçün icazə (greencard) qazanan şəxslərin ölkəyə girişi yenidən açılır.

Xatırladaq ki, Tramp 2020-ci ilin aprelində koronavirus pandemiyası zamanı “ABŞ əmək bazarına risk yaradan miqrantların” ölkəyə girişinin qarşısını alan fərmanı imzalayıb, sonra isə onu yeniləyib.

Share: