İranlı general ABŞ-ı hədələdi

İranlı general ABŞ-ı hədələyib.

ONA-nın Tehran bürosunun məlumatına görə, İran İslam Respublikası Keşikçiləri Korpusu (SEPAH) komandanının baş məsləhətçisi Mürtəza Qurbani ABŞ-ın Fars Körfəzinə 2 yeni gəmi göndərməsinə münasibət bildirərkən deyib ki, ölkəsi yeni və gizli silahlara sahibdir.

“Amerika bölgəyə döyüş gəmiləri göndərməklə teatr təşkil etməsin. Səhv edəcəkləri təqdirdə, bu gəmiləri, ekipajını üzərindəki təyyarələrlə birlikdə sahib olduğumuz 2 yeni və gizli silahdan istifadə edərək dənizin dibinə göndərəcəyik”, -general qeyd edib.

Share: