Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron çipinə daxil edilən elektron imza sertifikatlarının aktiviləşdirilməsinin ödənişsiz təşkili üçün layihə hazırlanıb.

Milletinsesi.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Hesabatda qeyd edilib ki, məqsəd elektron xidmətlərdən istifadənin kütləviləşdirilməsidir.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron çipinə daxil edilən elektron imza sertifikatlarının aktiviləşdirilməsinin ödənişsiz təşkili üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunun tətbiqi barədə Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Prezidentinin fərman layihəsi hazırlanıb.

Hazırda layihənin razılaşdırılması üçün işlər davam etdirilir.

Share: