İranda koronavirusdan sağalanların sayı 1,5 milyon nəfəri keçib

İranda ötən sutka ərzində 8 380 nəfər koronavirusa (COVID 19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bu barədə Milletinsesi.az nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da bu virusa yoluxanların sayı 1 763 313 nəfərə çatıb. Virus daşıyıcılarından 3 848 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 97 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 61 427 nəfərə yüksəlib.

Ölkədə indiyədək 1 506 360 nəfər koronavirusdan sağalıb. 11,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda koronavirusa yoluxma üzrə 9 rayon qırmızı, 31 rayon narıncı, 295 rayon sarı və 113 rayon mavi zona hesab olunur.

Share: