“Azəriqaz”da yeni təyinat

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyində yeni təyinat olub.

“Azəriqaz”dan Milletinsesi.az-a verilən məlumata görə, Baş direktor Ruslan Əliyevin imzaladığı əmr ilə Elçin Bilal oğlu Qocayev qurumun İdarəetmə aparatının İstehlakçılara satılan qaza nəzarət şöbəsinə rəis təyin edilib.

O, bu təyinata qədər Energetika Nazirliyi yanında Enerji Tənzimləmələri Agentliyində sektor müdiri vəzifəsində çalışıb.

Share: