Hacıbala Abutalıbovun “qara kassası” HƏBS EDİLDİ

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Millətin Səsi.az  xəbər verir ki, yol verdiyi korrupsiya əməllərinə görə saxlanılan R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, R.Qulieyvin həbs ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, o, 2018-ci ildə bu vəzifəni tutub və Hacıbala Abutalıbovun “qara kassası”  olub.

Share: