Türkiyənin Manisa vilayətinin Soma rayonunda naməlum səbəbdən meşə yanğını başlayıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsi üçün 4 təyyarə, 6 helikopter, 16 yanğınsöndürən maşın, 6 su təchizatı maşını, 2 buldozer və canlı qüvvələr əraziyə göndərilib.
Hazırda yanğına havadan və qurudan müdaxilələr edilir.


