Rusiya vətəndaşı Kosovo polisi tərəfindən hüquq-mühafizə orqanlarına müqavimət göstərdiyi üçün saxlanılıb.
Milletinsesi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kosovo Prezidenti Haşim Taci deyib.
Qeyd edək ki, bundan öncə Kosovoda serblərin yaşadığı bölgədə genişmiqyaslı əməliyyat keçirilib. Nəticədə 23 serb və boşnak həbs edilib. Həbs edilənlər arasında bir rus da olub. Bundan sonra Serbiya Prezidenti Aleksandr Vuçiç ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə tapşırıq verib.