Senatorlar Nazarbayevin bu statusunu təsdiqlədi

Qazaxıstan Senatının plenar iclasında senatorlar Nursultan Nazarbayevə fəxri senator statusunun verilməsi barədə irəli sürülən təklifi dəstəkləyiblər.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb.

Qeyd edək ki, 27 may tarixində Qazaxıstan Senatının büro iclasında N.Nazarbayevə fəxri senator adı verilməsi barədə qərar qəbul olunmuş və senatorların səsverməsinə təklif edilmişdi.

Nazarbayev 20 martda prezident vəzifəsindən istefaya gedib. Hazırda Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri olan Nazarbayevə həmçinin Xalq lideri – Elbaşı statusu verilib.

Dünən isə o, Avrasiya Ali İqtisadi Şurasının fəxri sədri seçilib.

 

Share: