Nazirin evinə hücumda 8 nəfər öldü, 20 nəfər yaralandı

Kabildə Əfqanıstan müdafiə naziri Bismillah Xan Məhəmmədinin evinə silahlı hücum nəticəsində ölənlərin sayı 8, yaralıların sayı isə 20-yə çatıb.

Milletinsesi.az  xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü məlumat yayıb.

Şahidlər isə ölənlərin sayının 10-dan çox olduğunu bildiriblər.

Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, dünən Əfqanıstan müdafiə naziri Bismillah Xan Məhəmmədinin evinə silahlı şəxslər hücum etmişdi.

Share: