Türkiyədə baş verən yanğınların infoqrafikası

Artıq 8 gündür Türkiyənin müxtəlif bölgələrində davam edən meşə yanğınlarının infoqrafikası hazırlanıb.

Axar.az infoqrafiyaya istinadən xəbər verir ki, 174 meşə yanğınından 160-ı nəzarət altına alınıb, 14 meşə isə hələ yanmağa davam edir.

Şəkildə qırmızı dairə ilə işarə olunanlar yanğının davam etdiyi əraziləri, göy rənglə işarə olunan yerlər isə yanğının nərazət altına alındığı əraziləri əks etdirir.

Qeyd edək ki, Türkiyənin 8 vilayətində baş verən yanğınlardan 180-dən çox insan zərər görüb və xəstəxanaya yerləşdirilib, 10 yaxın insan isə həlak olub. Eyni zamanda, 150-dən çox iribuynuzlu, 1000-dən çox xırdabuynuzlu heyvan yanaraq tələf olub.

Share: