“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.
Milletinsesi.az Qol.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Sevilya”dan Luk de Yonqu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı hücumçu 2022-ci ilin yayına qədər icarə əsasında “Barselona”da çıxış edəcək.
Qeyd edək ki, De Yonq Niderland milli komandasının da üzvüdür.