Kəlbəcər sakinlərinin doğma şəhərə ilk səfəri başlayıb

Kəlbəcərin bir qrup sakini ilk dəfə doğma şəhərə yola düşüb.

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, sakinlər səfər zamanı öz şəhərlərini ziyarət edəcəklər.

Sakinlər Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcərə yollanıblar.

Onlar öz doğma şəhərlərində görülən işlərlə tanış olacaqlar.

Səfər proqramı çərçivəsində sakinlər “Tunel qətliamı”nın baş verdiyi əraziyə gül dəstələri qoyacaq, Başlıbel faciəsinin baş verdiyi əraziyə baxacaq, Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət edəcək, eyni zamanda Günəşli kəndinə baş çəkəcəklər.

Qeyd edək ki, səfər Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Share: