İtaliyada Etna vulkanı püskürdü

İtaliyanın Siciliya adasında Etna vulkanı “oyanıb”. Dağ havaya 100 metr hündürlüyədək lava püskürür.

Bu barədə Britaniyanın “Daily Express” tabloidi xəbər verir.

Nəşrin verdiyi məlumata əsasən, seysmik aktivlik hələ mayın 30-da artmağa başlamışdı. Yerli vaxtla səhər saat 3-ə yaxın (Bakı vaxtı ilə 5-ə yaxın) cənub-şərq kraterin əsasında 3150 metr hündürlükdə eyni zamanda iki effuziv çat yaranmışdı ki, bu da lava axınlarınasəbəb olmuşdu.

Qeyd edək ki, dəniz səviyyəsindən 3295 metr hündürlükdə olan Etna vulkanı ildə bir neçə dəfə “oyana” bilir. Vulkan indiyə kimi 200 dəfəyədək püskürüb. Onun aktivliyi sənəddə ilk dəfə olaraq eramızdən əvvəl 1226-cı ildə qeydə alınıb. Sonuncu ən iri püskürməsi isə 1992-ci ildə olub.

oxu.az

Share: