Türkiyə Futbol Federasiyasında yeni prezident

Türkiyə Futbol Federasiyasının (TFF) yeni prezidenti müəyyənləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə, bu vəzifənin sahibi Nihat Özdemir olub. O, TFF prezidenti vəzifəsinə seçkilərə yeganə namizəd kimi qatılıb və 179 səs toplayıb.

Qeyd edək ki, TFF-nin bundan əvvəlki prezidenti Yıldırım Demirören fevralda istefa vermişdi.

Share: